– həftənin 7 günü səhər saat 09:00-dan 18:00-a kimi açıqdır –
GMV Group
Şirkətimiz – “GMV Group” Azərbaycanda, Gürcüstanda və Özbəkistanda dərman preparatlarının qeydiyyata alınması, idxalı, onlar haqqında məlumatın həkim və əhaliyə çatdırılması, topdan və pərakəndə satış məntəqələrinə paylanması ilə məşğul olan şirkətlər qrupudur.
“GMV Group” 1995-ci ildə topdan satış məntəqəsi kimi fəaliyyətə başlamış, 2003-cü ildən etibarən isə dünyaca tanınmış bəzi Avropa zavodlarının rəsmi distribüterliyini etmişdir. Şirkətin əsas məqsədi əhalinin sağlamlığını təmin edən yüksək keyfiyyətə malik dərman vasitələrinin idxalıdır.
Məhsullarımızın həkimlərə, pasientlərə və satış məntəqələrinə tanıtımı ilə Azərbaycanda 100-dən çox, Gürcüstanda isə 50-dən çox işçimiz məşğul olur. Şirkət fəaliyyət göstərdiyi ölkələrdə elmi konfransların təşkili və digər tədbirlərdə iştirakı ilə həmişə diqqət mərkəzində olub.
“GMV Group” dərman seçimində keyfiyyəti ön plana çəkir və aparıcı mütəxəssislərin fikrinə, əhalinin təlabatına uyğun olaraq öz portfoliosunda yeniliklər və korreksiyalar edir. Bu səbəbdən, şirkətimiz ölkəyə keyfiyyətli dərman vasitələrini idxal edən şirkət kimi tanınır və artıq 20 ildir ki, bir çox sahələrdə, xüsusilə də oftalmologiya üzrə satışda liderdi.

Həsrət Ağamalıyev küç. 67, Rəsulzadə qəsəbəsi, Bakı, AZ 1054, Azərbaycan.
+994 12 4123949