Description
Tərkibi: Ketotifen 2 mq/ml
Göstərişlər:
– Allergik rinitlər
– Xroniki obstruktiv bronxit və bronxial astmanın kompleks müalicəsində
– Pollinozlar (ot qızdırması), Allergik konyunktivit
– Məxmərək, Kvinke ödemi
– Qaşınma ilə müşahidə olan dermatozlar, atopik dermatitlər, neyrodermitlər
– Diatezlər, dəri qaşınmaları
– Qida və dərman allergiyası, həşərat dişləmələri
– Peyvəndlər zamanı allergik reaksiyaların profilaktikası.
– Müxtəlif xəstəliklərin müalicəsi zamanı desensibilizasiya məqsədilə.
İstifadə qaydası:
1 ml məhlulda 25 damcı vardır.
6 aylıq – 3 yaşlı uşaqlara: 2-5 damcı (0,05 mq/kq və ya 1 damcı/2 kq bədən çəkisinə) gündə
2 dəfə.
3 – 12 yaşlı uşaqlara: 5-10 damcı gündə 2 dəfə.
Böyüklər: 10-25 damcı gündə 2 dəfə.
Damcılar qəbul olunmazdan əvvəl az miqdarda suda həll edilir.
Əlavə təsirləri: yuxuya meyillik, ağızda quruluq, ürəkbulanma, baş
ağrısı.
Buraxılış forması:
Sosefen damcı, flakon-damcıladıcı 20 ml.
İstehsalçı:
So.Se.Pharma, Italiya
Reviews
There are no reviews yet.