Arfen şam 250 mq

Category:

Description

Tərkibi: Parasetamol 250 mq

Göstərişlər:

  • Yüksək qızdırma və ağrı halları, xüsusən soyuqdəymə, baş ağrısı, diş ağrısı, əzələ ağrıları.
  • Uşaqlarda infeksion-iltihabi xəstəliklər zamanı yüksək qızdırma.
  • Angina, traxeobronxit, bronxopnevmoniya, sinusitlər, otitlər və s. zamanı qızdırmanın simptomatik müalicəsi.
  • Travma və yanıqlar zamanı ağrı.
  • Peyvənddən sonrakı reaksiyalar zamanı yüksək hərarət və ağrı.
  • Parasetamolu daxilə qəbul edə bilməyən xəstələr (əməliyyatdan sonra, ürəkbulanma və qusma zamanı).

İstifadə qaydası:

Arfen şamları rektal istifadə edilir. Əllər yuyulduqdan sonra şam blisterdən çıxarılır və ehtiyatla düz bağırsağın arxa keçəcəyinə yeridilir. Uşağı böyrü üstə uzandırıb və bir ayağını qarınına tərəf qatladıqdan sonra şamı daha asanlıqla yeritmək olar. Afen şamın birdəfəlik dozası bədən çəkisindən asılıdır və 15 mq/kq-dır.

12 aylığa qədər körpələrə: 80-125 mq gündə 2-4 dəfə.

1-5 yaşlı uşaqlara: 125-250 mq gündə 2-4 dəfə.

6-12 yaşlı uşaqlara: 250-500 mq gündə 2-4 dəfə.

12 yaşdan yuxarı uşaqlara və böyüklərə: 500-1000 mq gündə 2-4 dəfə.

Böyrək çatmamazlığı olan xəstələrdə Arfen şamın qəbulu arasındakı interval 8 saatdan az olmamalıdır.

Qeyd: Doza 4 saatdan az vaxtda təkrarlanmamalıdır. Maksimal gündəlik doza – 60 mq/kq-dır.

 

Buraxılış forması: 10 şam

İstehsalçı: Medochemie Ltd, Kipr

Reviews

There are no reviews yet.

Be the first to review “Arfen şam 250 mq”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Post comment