Description
Ağrıkəsici, allergiyaəleyhinə və qızdırmasalıcı vasitə
Tərkibi: Parasetamol 325 mq + Psevdoefedrin hidroxlorid 15 mq + Xlorfenamin maleat 1 mq
Göstərişləri:
- Kəskin respirator virus infeksiyalarının simptomlarının müalicəsi:
- Qızdırma, titrəmə
- Burun tənəffüsünün çətinləşməsi
- Quru öskürək
- Baş ağrısı, əzələ ağrısı, boğaz ağrısı
Dozalanma və istifadə qaydası:
Böyüklər: Hər 4-6 saatdan bir 1-2 tablet qəbul edilir. Maksimal sutkalıq doza 12 tabletdir. Yeniyetmələr (12 yaşdan yuxarı): Hər 6 saatdan bir 1-2 tablet qəbul edilir. Maksimal sutkalıq doza 8 tabletdir.
6-11 yaş uşaqlar: Hər 4-6 saatdan bir 1 tablet qəbul edilir. Maksimal sutkalıq doza 6 tabletdir.
6 yaşa qədər uşaqlar Snip tabletlərini həkim məsləhəti və nəzarəti altında qəbul etməlidirlər.
Qaraciyər və böyrək çatışmazlığı olan xəstələrə və yaşlılara ümumi gündəlik doza azaldılmalıdır.
Buraxılış forması: 20 tablet
İstehsalçı: Medochemie Ltd, Kipr (Avropa)
Reviews
There are no reviews yet.