Description
Tərkibi: Hər 1 ml məhlulda: Pirenoksin 0,376 mq, Taurin 5 mq
Göstərişləri:
– Erkən proqressivləşən qocalıqla bağlı, travmatik, diabetik və ağırlaşmış kataraktanın müalicəsi və profilaktikası.
– Buynuz qişanın zədələnmələri zamanı müdafiəedici məqsədlə (travma və ya müxtəlif zəhərli maddələrin təsiri ilə əlaqədar).
– Fotokeratektomiya və eksimer lazerin təsiri nəticəsində buynuz qişanın fotoablyasiyası.
– Torlu qişanın distrofik zədələnmələri, diabetik retinopatiya.
İstifadə qaydası:
Flakon konteynerindəki toz 7 ml həlledici ilə qarışdırılır. Bunun üçün plastik halqa çıxardılır, qapaq aşağı basılır və flakonu baş aşağı çevirərək 3-4 dəfə çalxalanır.Alınan məhlul gündə 4 dəfə hər gözə 1-2 damcıdan istifadə edilir.
- Kataraktada müalicə kursu 3 aydır, 1 ay fasilədən sonra müalicə kursu təkrarlanır.
- Buynuzlu qişanın distrofiyası və travmasında müalicə kursu 1 aydır.
Buraxılış forması: Pirfalin flakonu toz ilə konteynerdən və 7 ml həlledici ilə damcıladıcıdan ibarətdir.
İstehsalçı: Farmigea SpA, İtaliya
Reviews
There are no reviews yet.