Krozin 1 q

Category:

Description

Tərkibi: Sefazolin (natrium duzu şəklində) 1q

Göstərişlər:

  • Burun, qulaq, boğaz və tənəffüs yollarının infeksiyaları: orta otit, sinusit, tonzillit, bronxit, pnevmoniya, plevrit
  • Sidik və cinsiyyət orqanlarının infeksiyaları: pielonefrit, sistit, uretrit, salpingit, endometrit, prostatit
  • Sümük və oynaqların infeksiyaları
  • Dəri və yumşaq toxumaların infeksiyaları, mastit
  • Gözün bakterial infeksiyaları
  • Cərrahi əməliyyat, travma, yara və yanıqlardan sonrakı infeksion fəsadların profilaktikası

İstifadə qaydası:

Sefazolin Medo əzələ və vena (damcı üsulu ilə və birbaşa) daxilinə yeridilir. İstifadə etməzdən əvvəl mütləq xəstənin dərman vasitəsinə qarşı həssaslığı yoxlanılmalıdır.

Böyüklərə: adi doza 1 q gündə 2 dəfə. Ağır infeksiyalar zamanı 1 q gündə 4 dəfə. Maksimal gündəlik doza  6 q.

Cərrahi əməliyyatdan sonrakı infeksiyaların profilaktikası: 1q əməliyyatdan 30 dəqiqə əvvəl, 500mq -1 q əməliyyat zamanı, 500 mq – 1 q əməliyyatdan sonra gün ərzində hər 6-8 saatdan bir.

12 yaşa qədər uşaqlara: gündəlik doza 25 – 50 mq/kq. Ağır infeksiyalar zamanı gündəlik doza 100 mq/kq. Gündəlik doza iki bərabər hissəyə bölünərək gündə 2 dəfə yeridilir.

Müalicə müddəti 7-10 gündür.

Oftalmologiyada: Subkonyuktival və parabulbar inyeksiya üçün: 100 mq.

Gözün bakterial infeksiyaları zamanı: 0,5-1 q gündə 2 dəfə. Müalicə müddəti 5-14 gündür.

Böyrək funksiyası pozğunluqları zamanı Sefazolin Medo dozası iki dəfə azaldılır və inyeksiyalar arası müddət uzadılır.

Əzələ daxili inyeksiya məhlulunun hazırlanma qaydası: flakondakı 1 q-lıq quru kütlə 4 ml 0.5% lidokain və ya 0.5% novokain məhlulu ilə həll edilir və saya əzələsinə dərin yeridilir.

Vena daxili inyeksiya (birbaşa) məhlulunun hazırlanma qaydası: flakondakı 1 q-lıq quru kütlə 10 ml 0.9% natrium xlorid məhlulu ilə həll edilir.

Vena daxili inyeksiya (damcı üsulu ilə) məhlulunun hazırlanma qaydası: flakondakı 1 q-lıq quru kütlə 100-150 ml 0,9% natrium xlorid və ya 5% qlükoza məhlulu ilə həll edilir.

Sefazolin Medo hazırlanmış məhlulu 25ºC-də 24 saat ərzində saxlamaq olar.

 

Buraxılış forması: Flakonda əzələ daxili və vena daxili inyeksiya üçün toz: Sefazolin 1 q.

Qutuda 10 flakon

İstehsalçı: Medochemie, Kipr (Avropa)

Reviews

There are no reviews yet.

Be the first to review “Krozin 1 q”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Post comment