Bioflukon 150 mq

Category:

Description

Tərkibi: Flukonazol 150 mq

Göstərişlər:

  • Antibiotikoterapiyadan sonra göbələk infeksiyasının müalicəsi və profilaktikası
  • Cinsiyyət sisteminin kandidozları: vaginal kandidoz (kəskin və residivləşən), kandidoz balanit
  • Selikli qişaların kandidozu, o cümlədən ağız boşluğu və udlaq, qida borusunun kandidozu, qeyri-invaziv bronx-ağciyər kandidozları
  • Dəri mikozları (pəncə, bədən, qasıq nahiyəsi), onixomikoz, rəngli dəmrov
  • Sistem kandidozlar, kandidemiya, kandiduriya
  • İmmuniteti zəifləmiş xəstələrdə göbələk infeksiyasının müalicə və profilaktikası

İstifadə qaydası:

Göbələk infeksiyasının təbiətindən və ağırlıq dərəcəsindən asılı olaraq müalicə sxemi və müddəti fərdi təyin olunur.

  • Antibiotiklərlə müalicədən sonra və immunitet zəifliyində profilaktik məqsədlə: 1 kapsul (150 mq) həftədə 1 dəfə.
  • Vaginal kandidozlarda: 1 kapsul (150 mq) gündə 1 dəfə. Müalicə müddəti 3 gün.
  • Vaginal kandidozların residivlərinin profilaktikası məqsədilə: 1 kapsul (150 mq) ayda 1 dəfə. Müalicə müddəti 4-12 ay.
  • Ağız boşluğu, udlaq, qida borusunun selikli qişasının kandidoz infeksiyalarında: 1 kapsul (150 mq) gündə 1 dəfə. Müalicə müddəti 7-10 gün.
  • Pəncə, bədən, qasıq nahiyəsi və dərinin mikozlarında: 1 kapsul (150 mq) həftədə 1 dəfə. Müalicə müddəti 2-4 həftə.
  • Rəngli dəmrov zamanı: 2 kapsul (300 mq) həftədə 1 dəfə. Müalicə müddəti 2-4 həftə.
  • Onixomikoz zamanı: 1 kapsul (150 mq) həftədə 1 dəfə. Müalicə zədələnmiş dırnaqlar tam sağalana qədər davam etdirilir.
  • Balanit zamanı: 1 kapsul (150 mq) olmaqla birdəfəlik dozada təyin edilir.
  • Sistem kandidozlarda: 1-3 kapsul (150-450 mq) həftədə 1 dəfə. Müalicə 2 il davam edilir.
  • Kriptokokkoz, kriptokokk meningiti zamanı: 1-ci gün 3 kapsul (450 mq), sonrakı günlər isə 1-3 kapsul (150-450 mq) olmaqla sutkada 1 dəfə təyin olunur. Müalicə müddəti kliniki effektdən asılıdır.
  • Sistem kandidozlar və kriptokokkoz infeksiyası zamanı: 6-12 mq/kq dozada təyin edilir.
  • Böyrək çatışmazlığı olan xəstələrə birdəfəlik doza (50 mq) təyin edildikdə dozanı korreksiya etmək tələb olunmur. Uzun müddətli müalicə zamanı ilk iki gün preparat orta terapevtik dozada təyin olunur, sonrakı günlər isə preparatın qəbulu kreatininin klirensindən asılıdır.

Buraxılış forması: 1 kapsul.

İstehsalçı: Medochemie Ltd, Kipr (Avropa)

Reviews

There are no reviews yet.

Be the first to review “Bioflukon 150 mq”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Post comment