Selekasin 500 mq

Category:

Description

Tərkibi: Hər flakonda: Amikasin sulfat 500 mq/2 ml

Göstərişləri:

  • Aşağı tənəffüs yollarının infeksion xəstəlikləri (pnevmoniya, ağ ciyər absesi, plevrit), ağ ciyər vərəmi
  • böyrək və sidik çıxarıcı yolların infeksiyaları (uretrit, sistit, böyrək absesi, piyelonefrit,)
  • cinsiyyət orqanlarının infeksiyaları: prostatit, salpinqooforit, yumurtalıqların kistaları, endometrit
  • bağırsaq infeksiyaları
  • sümük və oynaqların infeksiyaları
  • dəri və yumşaq toxumaların irinli infeksiyaları ,yara və yanıqların infeksiyaları
  • Qarın boşluğunun infeksiyalarında (peritonit), cərrahi əməliyyatlardan sonra

İstifadə qaydası:

Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara 7,5 mq/ kq çəkiyə ( maksimal sutkalıq doza 15 mq/kq çəkiyə) gündə hər 12 saatdan bir ə/d və ya v/d. Maksimal sutkalıq doza 1,5mq

Əzələ daxilinə vurulduqda məhlul birbaşa vurulur, vena daxilinə birbaşa vurulduqda flakondakı məhlulu 10 – 20 ml  0,9% NaCl izotonik fizioloji məhlulu ilə və ya 5 %li qlükoza ilə həll edilir və 2 dəq. ərzində vena daxilinə yeridilir.

Vena daxilinə damcı üsulu ilə vurulduqda  Selekasin  200 ml-lik 0,9%-li NacL izotonik məhlulu ilə və ya 5%li qlükoza məhlulu ilə həll edilir və 30-60 dəq. ərzində yeridilir.

Müalicə kursu 7 – 10 gündür. Bəzi hallarda: Vərəmdə – 14 gün ərzində Selekasin vurulur. Sonra 2 -4 həftə fasilə veriləndən sonra müalicə təkrar olunur. həmin müalicə 2 ay ərzində davam edir.

Yaşlı xəstələrdə və böyrək çatışmazlığı olan xəstələrdə Selekasin dozalanması  2 dəfə azaldılır – 7,5 ml 1 kq-a gündə 1 dəfə.

Buraxılış forması: Flakonda buraxılır, inyeksiya üçün məhluldur. 1 flakonda hər 2 ml-də 500 mq aktiv maddə şəklində Amikasin sulfat məhlulu var.

İstehsalçı: Medochemie, Kipr (Avropa)

 

Reviews

There are no reviews yet.

Be the first to review “Selekasin 500 mq”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Post comment